Asif Məmmədov: “Azərbaycan Maltadan daha səviyyəli komandadır”

15:35 17 Mart 2015

“Azərbaycan Maltadan daha səviyyəli komandadır”.

 

 

Bu sözləri sportarena.az saytına açıqlamasında “İnter” klubunun futbolçusu Asif Məmmədov deyib.

Məmmədov, əvvəlcə “Qəbələ” ilə qarşıdakı matçda komandasının şanslarını dəyərləndirib: “ Həm kubokda, həm də çempionatda mübarizə aparmaq çətin deyil. Çünki, heyyətimiz çox genişdir. Qarşıdakı oyundan da yaxşı nəticə ilə ayrılmağa çalışacayıq. “Qəbələ” kubokda mübarizəsini dayandırdığından bütün diqqətini çempionata yönəldib. Bizim üçün çətin oyun olacaq. Ciddi hazırlaşmışıq”.

 

Asif Məmmədov, həmçinin, Malta ilə oyunda milli komandaya dəvət gözlədiyini bildirib: “Əgər məsləhət bilinərsə milli komandada oynamağa hazıram. Məsləhət bilməsələr belə, yenə də öz vaxtımı gözləyərəm. Malta ilə oyunda komandadan qələbə gözləyirəm. Amma, çətin olacaq. Malta əvvəlki kimi zəif deyil. Bolqarlarla oyunda bərabərə qaldılar. Amma, o da var ki, Azərbaycan Maltadan daha səviyyəli komandadır. Meydanda kim olacaqsa, gözəl oyun sərgiləməyə borcludur. Futbola rəqəmlərin gözü ilə baxmaq olmaz. Gərək mübarizə aparıb xallar qazanaq”.


Digər xəbərlər

Xəbər xətti