"Atletiko" və "Monako" 1/4 finala yüksəldi

02:31 18 Mart 2015

Bu gün futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

 

 

Sportarena.az xəbər verir ki, həftənin ilk oyun günündə 2 görüş baş tutacaq.

İspaniyanın "Atletiko Madrid" klubu Almaniya "Bayer"ini qəbul edəcək. "Visente Kalderon"da keçiriləcək qarşılaşmada "Baku 2015" loqolu Madrid təmsilçisi növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır. Leverkuzen klubu isə heç-heçə təqdirində, 1/4 final sevincini yaşayacaq. Qarşılaşmanı Nikola Ritsolinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.

Bu görüşlə eyni vaxtda daha bir oyun Monakoda start götürəcək. Öz meydanında 1:3 hesabı ilə məğlub olmuş İngiltərə "Arsenal"ı "Monako" səddini keçməyə çalışacaq. Knyazlıq təmsilçisi evində rəqib qapısından bir top keçirsə, matçın qalan dəqiqələri ərzində daha rahat nəfəs ala biləcək. Arsen Vengerin rəhbərlik etdiyi "topçular" isə növbəti mərhələ arzularını reallaşdırmaq üçün oyunun əsas vaxtında ən azı 2 top fərqi ilə qalib gəlməlidirlər. Norveçli Sveyn Moenin idarə edəcəyi matç "II Lui" stadionunda keçiriləcək.

 

Çempionlar Liqası

1/8 final, cavab oyunları

17 mart

“Monako” (Fransa) – “Arsenal” (İngiltərə) 0:2

Qol: Jiru, 36; Remzi, 78

Baş hakim: Sven Oddvat Moen (Norveç)

Monako. II Lui stadionu

İlk oyun – 3:1

 

“Atletiko” (İspaniya) – “Bayer” (Almaniya) 1:0 (Pen: 3:2)

Qol: Suares, 27

Baş hakim: Nikola Ritsoli (İtaliya)

Madrid. Visente Kalderon stadionu

İlk oyun – 0:1

 


Digər xəbərlər

Xəbər xətti