Dario Başiç: "Portuqaliya üçün Azərbaycanla oyun çətin olacaq"

19:20 17 Mart 2015

Xorvatiyanın U-17 yığmasının baş məşqçisi Dario Başiç AÇ-nin elit mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

 

 

Sportarena.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:

"Biz rəqibi yaxşı analiz etmişdik. Yaxşı başa düşürdük ki, rəqibi ikinci mərtəbədə üstələməklə uğur qazana bilərik. Azərbaycan güclü komandadır və əminəm ki, Portuqaliyaya asan olmayacaq. Onlar bizə qarşı ilk hissədə oynadıqları kimi oynasaalr, ikinci yer uğrunda mübarizə apara bilərlər. Bu görüşdə futbolçularımızın ustalıq səviyyəsi və istəkləri nəticəyə təsir etdi".

 


Digər xəbərlər

Xəbər xətti