“Qarabağ” “Sumqayıt”la oyunöncəsi son məşqə çıxdı

22:35 17 Mart 2015

“Qarabağ” “Sumqayıt”la oyuna hazırdı.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqanın XXVI turunda eyniadlı şəhərin komandasının qonağı olacaq Ağdam klubu bugün sonuncu məşqini edərək oyun hazırlıqlarını bitirib.

 

Komandanın məşqi 16:30-da start götürüb və 1 saat davam edib. Məşq “Qarabağ”ın bazasında baş tutub.

 

Qeyd edək ki, sabah martın 18-ində, "Sumqayıt"dakı “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma 16:00-da baş tutacaq. Oyunu Orxan Məmmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

 


Digər xəbərlər

Xəbər xətti