Millimizin Belçika sınağı

00:31 18 Mart 2015

Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinə start götürəcək.

 

 

Sportarena.az xəbər verir ki, final mərhələsinə qatılmaq iddiasında olan millimiz də bu gün mübarizəyə qoşulacaq.

 

Bakıda keçiriləcək V qrupun oyunlarında komandamız Belçika ilə üz-üzə gələcək. “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq qarşılaşmada yığmamız “siftə”ni qələbə ilə başlamaq niyyətindədi.

 

Qeyd edək ki, qrupu ilk pillədə başa vuran komanda 2016-cı ildə Serbiyada təşkil olunacaq final mərhələsinə birbaşa vəsiqə qazancaq. 2-ci yer sahibləri və “üçüncülər” arasında ən yaxı nəticəyə malik bir yığma da Avropa çempionatında oynamaq şansını saxlayacaq.

 


Digər xəbərlər

Xəbər xətti