Uğursuz reytinq

12:35 18 Mart 2015

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

 

 

Sportarena.az xəbər verir ki, siyahı Azərbaycan millisinin aparıcı idmançıları üçün uğurlu alınmayıb.

 

Belə ki, bir çox yarışlara qatılmayan Hacıağa Hacıəhmədovun yetirmələrindən irəliləyən olmayıb. Həmyerlilərimizdən Orxan Səfərovla (60 kq) Elxan Məmmədov (100 kq) 4-cü, Elmar Qasımov (100 kq) 5-ci, Rüstəm Orucov (73 kq) 9-cu, İlqar Müşkiyev (60 kq) 10-cu, Nicat Şixəlizadə 13-cü və Tərlan Kərimov (hər ikisi 66 kq) 43-cü pilləni qoruyublar.

 

Əvəzində Şahin Qəhrəmanov (90 kq) 1, Məhəmmədəli Mehdiyev (81 kq), Tural Səfquliyev (81 kq), Uşanqi Kokauri (+100 kq) və Kifayət Qasımova (57 kq) hərəyə 2 rəqibini özündən irəli buraxıb. Onlar müvafiq olaraq, 30-cu, 54-cü, 75-ci, 40-cı və 27-ci yerə eniblər.

 

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.

 


Digər xəbərlər

Xəbər xətti