“Xəzər Lənkəran”ın qapısını kimin qoruyacağı dəqiqləşdi

13:16 18 Mart 2015

Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində bu gün AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” oyuna itkisiz çıxacaq.

 

 

Sportarena.az xəbər verir ki, yüngül zədəsi olan Vyakeslav Tomiçlə bağlı da problem qalmayıb.

 

Tibbi müayinədən keçdikdən sonra Tomiçin zədəsinin ciddi olmadığı üzə çıxıb. Bu isə o deməkdi ki, AZAL-la matçda cənub klubunun qapısını məhz xorvatiyalı qolkiper qoruyacaq. Düzdü, komandanın digər qapıçısı Orxan Sadıqlı da məşqlərdə artıq tam gücü ilə iştirak edir. Yəni onun da zədə ilə bağlı problemi qalmayıb. Bununla belə, klubdan verilən məlumata görə, məşqçilər korpusu AZAL-la görüşdə də Tomiçi oynatmaq fikrindədi.

 

Ailəsini görmək üçün rəhbərlikdən iki günlük icazə alan Rahid Əmirquliyev də artıq komandanın düşərgəsindədi. Dünən qayıdan təcrübəli yarımmüdafiəçi AZAL-la matçda forma geyinə biləcək.

 

Qeyd edək ki, “AZAL Arena”da keçiriləcək AZAL – “Xəzər Lənkəran” matçı saat 16:00-da başlayacaq.  

 


Xəbər xətti