Tərlan Əhmədov: "Elbrus Məmmədova təşəkkür edirəm ki..."

18:49 18 Mart 2015

Azərbaycan Premyer Liqasının XXVI turu AZAL üçün uğurlu alındı. Tərlan Əhmədovun başçılıq etdiyi komanda “Xəzər Lənkəran”ı 3-1 hesabı ilə məğlubiyyətə uğratdı.  

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov oyun barədə fikirlərini bölüşüb:

“Açığı, bu gün komandadan tələbim 3 xal idi. Vacib 3 xal qazandıq. Öz oyunumuzu bir kənara qoyub, “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədova təşəkkür edirəm ki, belə gözəl kollektiv yaradıb. Öz komandamın oyunundan razıyam. Xüsusən də hücumçular tapşırıqları yerinə yetirdilər. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin fasilədən maksimum yararlanmalıyıq”. 
 


Digər xəbərlər

Xəbər xətti