Elbrus Məmmədov: "Bəzi gənc oyunçular artıq hesab edirlər ki..."

18:54 18 Mart 2015

Azərbaycan Premyer Liqasının XXVI turu AZAL üçün uğurlu alındı. Tərlan Əhmədovun başçılıq etdiyi komanda “Xəzər Lənkəran”ı 3-1 hesabı ilə məğlubiyyətə uğratdı.  

 

Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Elbrus Məmmədov oyun barədə fikirlərini bölüşüb:

“AZAL bu gün bizdən istəkli idi. Rəqib bizi üstələdi. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Biz isə ardıcıl iki oyunda zəif təsir bağışlayırıq. Bütün bunlardan nəticə çıxarmalıyıq. Bəzi gənc oyunçular artıq hesab edirlər ki, əsas heyət üzvləridir. Amma vəziyyət belə deyil”.  


Digər xəbərlər

Xəbər xətti