"Barselona" və "Yuventus" 1/4 finala yüksəldi

01:36 19 Mart 2015

Bu gecə futbol üzrə Çempionlar Liqasının 18 final mərhələsinə yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, son oyun günündə 2 görüş baş tutacaq.

İngiltərənin "Mançester Siti" klubu İspaniya "Barselona"sının qonağı olacaq. "Nou Kamp"da keçiriləcək qarşılaşmada meydan sahibləri üstünlüyə malik olsalar da, "şəhərlilər"in növbəti mərhələyə yüksəlmə şansı az deyil. Mançesterdəki ilk oyunda 1:2 hesabı ilə məğlub olmuş İngiltərə təmsilçisi minimal hesablı qələbə ilə 1/4 finala vəsiqəni təmin etmiş olacaq. Kataloniyalılar isə ən azı hesabı qoruyacaqları təqdirdə, Avropanın nüfuzlu klub turnirində yoluna davam edəcək. Qarşılaşmanı italiyalı referi Canluka Rokki idarə edəcək.

Bu görüşlə paralel olaraq, Dortmund "Borussiya"sı ilə "Yuventus" üz-üzə gələcək. Almaniyada keçiriləcək qarşılaşmaya qonaqlar üstün tərəf kimi çıxacaqlar. Turindəki ilk görüşdə 2:1 hesabı ilə qalib gələn İtaliya klubu ən azı heç-heçə əldə edərək, yoluna davam etmək istəyir. "Borussiya"ya isə Çempionlar Liqasında çıxışını dayandırmamaq üçün minimal hesablı qələbə də yetərlidir. Qarşılaşma serbiyalı referi Milorad Majiçə həvalə olunub.

 

Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

"Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə) 1:0

Qol: Rakitiç, 30

İlk oyun: 2:1

 

"Borussiya" (Dortmund, Almaniya) - "Yuventus" (İtaliya) 0:3

Qol: Tevez, 3, 79; Morota, 70

İlk oyun: 1:2

 


Digər xəbərlər

Xəbər xətti