Belaruslu azarkeşlərə pirotexniki vasitələrlə stadiona girməyə icazə verilib

00:10 19 Mart 2015

Belaruslu futbol azarkeşlərinə stadionda pirotexniki maddələrdən istifadəyə icazə verilib. 

 

 

Sportarena.az xəbər verir ki, Belarus Futbol Federasiyası, klublar, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə iclasından sonra belə qərar qəbul edilib.

Lakin azarkeşlər istədikləri pirotexniki vasitələrlə stadiona daxil ola bilməyəcəklər. Tərəflər arasındakı görüş zamanı qəbul olunan qərarda Belarus DİN və FHN-in təqdim etdiyi sertifikata əsasən, kimyəvi maddələrin stadiona buraxılmasına icazə veriləcək.

Pirotexniki maddənin təhlükə zonası 30 metr olarsa (fişəng), bu zaman həmin maddənin yalnız obyekt rəhbərliyinin təyin etdiyi şəxs tərəfindən istifadəsi mümkündür. Təhlükə məsafəsi 5 metrə qədər olan pirotexniki vasitələrlə bütün azarkeşlər stadiona daxil ola bilər.

Bundan başqa, stadionda "Alov şou"su da olacaq. Bunun üçün stadion rəhbərliyi FHN və DİN-lə birgə yer müəyyənləşdirməlidir. Həmin ərazidə yanğınsöndürən qurğuların olması vacibdir. "Alov şou"sunun keçirilməsinə martın son günlərindən başlanılacaq.

 


Xəbər xətti