Azərbaycan - Belçika oyunundan sonra tribuna çökdü - VİDEO

00:35 19 Mart 2015

Futzal üzrə Avropa çempionatının çempionatının əsas seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Belçika oyunundan sonra bədbəxt hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, görüş başa çatdıqdan sonra azarkeşlər qələbə sevincini qeyd edərkən tribunanın qarşısındakı dəmir hasarlardan biri çöküb. Nəticədə “Sərhədçi” İdman Kompleksində xadimə çalışan qadınlardan biri xəsarət alıb. Belə ki, həm hasar, həm də azarkeşlərdən bir neçəsi qadının üstünə düşüb. Həkimlərin ilkin tibbi yardımı yetərli olmadığından xəsarət alan qadın dərhal xəstəxanaya çatdırılıb. 


Xəbər xətti