"Xəzər Lənkəran"ın çempionluq nağılı bitdi

12:13 19 Mart 2015

Azərbaycan Premyer Liqasının XXVI turu daha iki komandanın çempionluq şansının üstündən xətt çəkib.

 

 

Sportarena.az xəbər verir ki, mükafat qazanması kağız üzərində də mümkünsüz olan “Bakı”nın ardından “Sumqayıt”la “Xəzər Lənkəran” da qızıl medallara şanslarını rəsmən itirib.

 

Belə ki, artıq bu iki komandanın da 1-ci yerdə qərarlaşan “Qarabağ”a çatması nəzəri cəhətdən mümkün deyil. Cənublular liderdən 29, “Gənclik şəhəri” təmsilçisi isə 33 xal geri qalır.

 

Hər iki komanda mövsümün sonunadək daha 9 qarşılaşmaya çıxacaq. Əgər “Xəzər Lənkəran” və ya “Sumqayıt” bu görüşlərin hamısında qalib gəlsə, hesabına 27 xal əlavə edəcək. Belə olan halda, cənublular aktivini 50, sumqayıtlılar isə 46-ya çatdıra bilər. Premyer Liqanın lideri “Qarabağ” isə artıq indidən 52 xala malikdi.

 

Qeyd edək ki, 9 komandanın mübarizə apardığı Premyer Liqada 6 klub çempionluğa nəzəri şanslarını saxlayır.

 


Xəbər xətti