Tino Peres: "Daha sürətli oynamaq lazımdır"

12:51 19 Mart 2015

Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Tino Peres AÇ-nin seçmə mərhələsi çərçivəsində Belçika üzərində qazandıqları qələbədən (3:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az sizi həmin açıqlamalarla tanış edir:

 

- Oyunla bağlı təəssüratlarınız?
- Komandamı təbrik edirəm. İlk oyunlar həmişə ağır keçir. Müdafiədə yaxşı oynadıq, komanda olaraq pis təsir bağışlamadıq. Atmosferi də bəyəndim. Qələbəyə görə şadam.

 

- Komanda ikinci hissəni niyə zəif keçirdi?
- Bir az yorğunluq var idi, ona görə belə alındı. Fiziki cəhətdən ilk oyuna hər kəs hazır deyil.

 

- Oyunçuları niyə tez-tez dəyişirdiniz?
- Daha çox hərəkətlilik istəyirdim Sürətli oynamaq lazım idi.

 

- Bu komandanın perspektivi barədə nə düşünürsünüz?
- Qarşıda Danimarka ilə oyun var. Artıq bu görüşə hazırlaşmalıyıq. Ancaq növbəti oyunu düşünürük. Həmin qarşılaşmadan da 3 xalla ayrılmalıyıq.

 


Xəbər xətti