AFFA "Bakı"ya 20 min manat cəza kəsdi

13:35 19 Mart 2015

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin AZAL  – “Neftçi”  matçında “Neftçi”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.  

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Simurq”  –  “Qəbələ”  matçında “Qəbələ”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. 

Azərbaycan Premyer Liqasının XXVI turunun “Bakı” – “Simurq” matçında “Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun fasiləsi zamanı “Bakı” klubunun məşqçisi Muarem Zekir hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona girişinə qadağa qoyulur, klub 20 000 manat cərimə olunub.


Xəbər xətti