Robben zədəsini sağaltdı

21:23 19 Mart 2015

“Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben zədəsini sağaldıb.

 

 

Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Şaxtyor”la (7:0) cavab qarşılaşmasında zədələnən hollandiyalı ulduz futbolçu artıq kollektivə qoşulub.

 

Robben yerli mətbuata açıqlamasında Dortmund “Borussiya”sı ilə matçda meydançada olacağını deyib: “Hər şey plana uyğun gedir. “Borussiya“ ilə görüşdə məşqçilər korpusunun ixtiyarında olacam və komandama kömək edə biləcəm”.

 

Qeyd edək ki, “Bavariya” Bundesliqanın XXVII turu çərçivəsində aprelin 4-də Dortmundda “Borussiya”nın qonağı olacaq.

 


Xəbər xətti