Tino Perez: "Rəqibin vurduğu qol bizi sanki ayıltdı"

12:08 20 Mart 2015

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində keçirilmiş Azərbaycan – Danimarka oyunundan sonra (11:2) mətbuat konfransında millimizin baş məşqçisi Tino Perez oyun barədə fikirlərini bölüşüb.

 

Sportarena.az həmin fikirləri diqqətinizə çatdırır:

 

“Komandamı təbrik edirəm. Ardıcıl ikinci qələbəmizi qazandıq. İlk növbədə, fikrimiz qələbə qazanmaq idi. Daha sonra qol fərqi barədə düşünmək olardı. İkinci hissənin əvvəlində rəqibin vurduğu qol bizi sanki ayıltdı. Bundan sonra ard-arda qollar gəldi. Hazırda qrup lideriyik. Son turda Ukrayna yığması ilə qarşılaşacağıq. Həmin oyunda da yalnız qələbə haqda düşünəcəyik. Heç-heçəni düşünsək, uduzarıq”.

 


Xəbər xətti