ÖZƏL: Millimizin sabiq futbolçusu yenidən Premyer Liqada oynayacaq

16:37 20 Mart 2015

Türkiyənin “Manisaspor” klubunda forma geyən millimizin sabiq hücumçusu Branimir Subaşiç yenidən ölkəmizdə çıxış edə bilər.

 

Sportarena.az-ın əldə etdiyi məlumata görə, Premyer Liqanın “İnter” və “Simurq” klubları ilə bərabər, 1-ci dvizionda çıxış edən və növbəti mövsüm Preyer Liqaya vəsiqə qazanacağı gözlənilən “Neftçala” klubu da futbolçunun xidmətində maraqlıdır.

 

Qeyd edək ki, hazırkı klubunda maliyyə sıxıntıları çəkən futbolçu daha öncə özü də mətbuata açıqlamasında Azərbaycanda forma geymək istədiyini bildirmişdi.


Xəbər xətti