Azərbaycanın üç karateçisi Avropa çempionatının finalına yüksəlib

17:06 20 Mart 2015

İstanbulda keçirilən karate üzrə 50-ci Avropa çempionatında Azərbaycan millisi uğurla çıxış edir.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın üç üzvü – Niyazi Əliyev (67 kq), Rəfael Ağayev (75 kq) və Ayxan Mamayev (84 kq) çempionatın finalına vəsiqə qazanıb. Kata yarışlarında isə Tural Balcanlı bürünc medal uğrunda yarışacaq. Final görüşləri martın 21-də keçiriləcək.

Martın 20-də isə çempionatda komanda yarışlarına start verilib. Komanda yarışlarında Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət yığmaları mübarizə aparır.
 


Xəbər xətti