"İnter"in üzvü "Barsa"nın hədəfində

18:24 20 Mart 2015

İspaniya nəhəngi "Barselona" A Seriyasında çətin günlər keçirən "İnter"dən futbolçu almağı planlaşdırır. Söhbət Mateo Kovaçiçdən gedir.

 

Sportarena.az xəbər verir ki, katalon klubu Xorvatiya millisinin 20 yaşlı yarımmüdafiəçisinə Xavi Hernandes və Andres İnyestanın əvəzetməsi kimi baxır. La Liqa nəhənginin idman direktoru Aryedo Brayda Milan klubundakı kolleqası Pyero Auzilio ilə danışıq aparıb. Transferin dəyərinin 40 milyon avro olduğu bildirilir.  FIFA tərəfindən transfer qadağası qoyulduğuna görə "Barsa" bu transferi 2016-cı ilin yanvarında reallaşdıra biləcək. 


Digər xəbərlər

Xəbər xətti