Rafael Ağayev Avropa çempionu oldu - VİDEO

10:29 22 Mart 2015

Bu gün İstanbulda karateçilərin 50-ci Avropa çempionatının 3-cü yarış günündə ayrı-ayrı çəki dərəcələrinin mükafatları uğrunda görüşlər keçirilib.

 

Sportarena.az Trend-ə istinadən xəbər verir ki, həlledici döyüşə çıxan Azərbaycan millisinin üzvü Ayxan Mamayev italiyalı rəqibi Nello Maestriyə məğlub olaraq gümüş medalla kifayətlənib.

 

Digər təmsilçimiz Rafael Ağayev isə alman karateçi Noah Bitçin qızıl medal qazanmasına imkan verməyib. İdmançımız növbəti dəfə Avropa çempionu alıb.


Xəbər xətti