Emil Balayevsiz "Ayntraxt" məğlub oldu

10:40 22 Mart 2015

Almaniya Bundesliqasında 26-cı turun oyunları keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı qapıçı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.

 

Frankfurt klubu səfərdə "Ştutqart"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 3:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Emilin adı yenə matçın iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, "Ayntraxt" hazırda 34 xalla 8-ci pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti