Almaniya 1960-cı ildən ilk dəfə olaraq bu il Formula-1 qran-pri yarışlarını keçirməyəcək

11:16 22 Mart 2015

Almaniya 1960-cı ildən ilk dəfə olaraq bu il Formula-1 qran-pri yarışlarını keçirməyəcək.  

 

Sportarena.az  Formula-1 rəsmi saytına istinadən xəbər verir ki, iyulun 17-19-da keçirilməli olan Qran-pri Almaniya maliyyə çətinlikləri səbəbindən baş tutmayacaq.

Beləliklə, bu il planlaşdırılan 20 yarışdan yalnız 19-u keçiriləcək. 

Qeyd edək ki, Qran-pri Almaniya uzun müddət ərzində Hokkenhaymrinq və Nyurburqrinq avtotraslarında keçirilib.  

 


Xəbər xətti