Olimpiya çempionu evində ölmüş halda tapılıb

11:38 22 Mart 2015

Ağır atletika üzrə Olimpiya çempionu Milen Dobrev evində ölmüş vəziyyətdə aşkar edilib. 

 

 

 

Sportarena.az Reuters-ə istinadən xəbər verir ki, 2004-cü ildə Olimpiya çempionu olan 35 yaşlı idmançını valideynləri yaşadığı Plovdiv şəhərindəki evində tapıblar. 

 

Bolqarıstanın daxili işlər nazirliyinin nümayəndəsi isə bildirib ki, idmançının üzərində zorakılıq əlamətləri olmayıb, lakin onun ölüm səbəbi hələ ki müəyyən edilməyib. 

 


Xəbər xətti