"Atletiko" – "Xetafe" 2:0 - VİDEO

12:31 22 Mart 2015

İspaniya La Liqasında 28-ci turun oyunları keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, çempionluq mübarizəsində rəqiblərini izləyən “Atletiko” doğma publika önündə “Xetafe”ni sınağa çəkib.

 

Madrid təmsilçisi oyunun taleyini elə birinci hissədə həll edib. 3-cü dəqiqədə Fernando Torres ev sahibləri hesabda önə keçirib. Birinci hissənin sonlarında Tiaqo hesab arasında fərqi 2:0-a çatdırıb. İkinci hissədə də üstünlüyü əldən verməyən madridlilər 2:0 hesablı qələbəylə aktivinə 3 xal yazdırıb.

 

“Atletiko” – “Xetafe”  2:0

Qollar: Torres, 3, Tiaqo, 44

 


Digər xəbərlər

Xəbər xətti