ÖZƏL: "Xəzər Lənkəran"da cəzalandırılacaq futbolçuların adları bizdə

13:50 22 Mart 2015

Azərbaycan Premyer Liqasında keçirilən AZAL – “Xəzər Lənkəran” (3:1) matçından sonra lənkəranlıların bəzi əsas heyət üzvlərini əvəzedici heyətə göndərəcəyini xəbər vermişdik.

 

Artıq sportarena.az-a bu futbolçuların kimlər olacağı məlumdur. Klubdakı etibarlı mənbələrdən saytımıza verilən məlumata görə, baş məşqçi Elbrus Məmmədov kimin əvəzedici heyətə göndəriləcəyini sirr saxlasa da, narazı qaldığı futbolçuları tənbeh edib və çox güman ki, bu futbolçular əvəzedicilərə göndəriləcək. Məmmədov, 5 futbolçudan narazıdır. Nurxan Mənsimzadə, Elşən Rzazədə, İlyas Səfərzadə, Anar Babazadə və Kazım Kazımlı onun ümüdlərini doğrultmur.

Qeyd edək ki, Məmmədov yekun qərarını istirahət bitdikdən sonra, martın 24-də verəcək. Futbolçuların bağışlana biləcəyi də istisna olunmur.

 


Digər xəbərlər

Xəbər xətti