Premyer Liqada ən çox penalti vuran onlardır

16:25 22 Mart 2015

Azərbycan Premyer Liqasının 2014/15 mövsümünün 26 turunda qapılara 33 penalti təyin edilib.

 

 

Sportarena.az хəbər verir ki, bunlardan 27-si dəqiq, 6-sı qeyri dəqiq olub.

 

Hakimlər ən çoх "Qarabağ"ın leyhinə penalti təyin edib. Ağdam klubu 7 dəfə bu hüquqdan istifadə edib və bunlardan 6-sı dəqiq olub. AZAL və "Qəbələ" üçün 5 dəfə 11 metrlik nöqtə göstərilib. Hər iki komanda bu şansdan maksimum yararlanıb. "Simurq"un leyinə 4 penalti təyin edilib, 3-ü dəqiq olub. "Sumqayıt", "Xəzər Lənkəran" və "Bakı"nın leyhinə 3 təyin edilib. Onların hər biri 2 şansdan yararlanıb, birini boşa verib. "İnter" 2, "Neftçi" 1 penalti qazanıb. "İnter" birini boşa veribsə, "Neftçi" yeganə şansından yararlanıb.

 

Ən çoх penaltini Rəşad Abdullayevlə Cavid Hüseynov vurub. Hər iki futbolçu 5 şansdan maksimum yararlanıb. Riçard Almeyda və Nurlan Novruzovun 3 zərbəsindən 2-si dəqiq olub. Draqan Çeran, Məhəmməd Qurbanov və Reynaldo Silva 2, Çumbinyo, Rəşad Eyyubov, Alfred Sanko, Rauf Əliyev, İnnosent Emeqara, Nikolas Kanales və Baçana Tsxadadze isə 1 zərbəni dəqiq yerinə yetirib. Qalin İvanov, Marko Stanoyeviç, Ramazan Abbasov və Yohan Bokonyanonun bir dəfə belə şansı olsa da, boşa verib.

 

II tur

Qəbələ - Araz Naxçıvan 1:0

Cavid Hüseynov (Qəbələ)

 

Xəzər Lənkəran - Sumqayıt 0:1

Məhəmməd Qurbanov (Sumqayıt)

 

IV tur

Qarabağ - Bakı 2:2

Çumbinyo (Qarabağ)

 

Qəbələ - AZAL 1:2

Cavid Hüseynov (Qəbələ) - Rəşad Abdullayev (Qəbələ)

 

V tur

Simurq - Qəbələ 1:2

Rəşad Eyyubov (Simurq)

 

VII tur

Simurq - Sumqayıt 3:2

Məhəmməd Qurbanov (Sumqayıt)

 

Neftçi - Qarabağ 1:3

Riçard Almeyda (Qarabağ)

 

VIII tur

Xəzər Lənkəran - Bakı 4:0

Alfred Sanko (Xəzər Lənkəran), Rauf Əliyev (Xəzər Lənkəran)

 

Araz Naxçıvan - AZAL 2:2

Rəşad Abdullayev (AZAL)

 

Qarabağ - Qəbələ 2:0

Reynaldo Silva (Qarabağ)

 

IX tur

Qarabağ - Xəzər Lənkəran 3:2

İnnosent Emeqara (Qarabağ)

 

X tur

AZAL - Simurq 2:2

Rəşad Abdullayev (AZAL)

 

XI tur

Qarabağ - Araz Naxçıvan 4:0

Reynaldo Silva (Qarabağ)

 

XII tur

AZAL - Qəbələ 3:3

Cavid Hüseynov (Qəbələ)

 

XIII tur

Qarabağ - AZAL 2:1

Rəşad Abdullayev (AZAL)

 

XVII tur

Sumqayıt - Qəbələ 1:1

Cavid Hüseynov (Qəbələ)

 

XVIII tur

Simurq - Bakı 5:2

Draqan Çeran, 33 (Simurq) - Nurlan Novruzov (Bakı)

 

XIX tur 

Bakı - Qəbələ 0:2

Cavid Hüseynov (Qəbələ)

 

AZAL - Neftçi 2:1

Nikolas Kanales (Neftçi)

 

XX tur

Qarabağ - Bakı 4:1

Riçard Almeyda (Qarabağ) - Nurlan Novruzov (Bakı)

 

Qəbələ - AZAL 0:1

Rəşad Abdullayev (AZAL)

 

XXI tur

Simurq - Qəbələ 2:0

Draqan Çeran (Simurq)

 

XXII tur

İnter - Bakı 4:0

Baçana Tsxadadze (İnter)

 

*  *  *

 

V tur

AZAL - Qarabağ 0:3

Qolla nəticələnməyən penalti: Riçard Almeyda (Qarabağ)

 

Neftçi - Xəzər Lənkəran 1:0

Qolla nəticələnməyən penalti: Qalin İvanov (Xəzər Lənkəran)

 

VIII tur

Xəzər Lənkəran - Bakı 4:0

Qolla nəticələnməyən penalti: Nurlan Novruzov (Bakı)

 

XII 

Simurq - Neftçi 1:0

Qolla nəticələnməyən penalti: Marko Stanoyeviç (Simurq)

 

XVII tur 

Qarabağ - Sumqayıt 2:0

Qolla nəticələnməyən penalti: Ramazan Abbasov (Sumqayıt)

 

XIX tur

İnter - Sumqayıt 0:0

Qolla nəticələnməyən penalti: Yohan Bokonyano (İnter)

 


Digər xəbərlər

Xəbər xətti