Qeydə alınmayan avtoqol

16:40 22 Mart 2015

Azərbaycan Premyer Liqasının 2014/15 mövsümündə 15 avtoqol qeydə alınıb. Əslində cari mövsümdə 16 avtoqol qeydə alınmalı idi. Lakin I turun "Qarabağ" - "Sumqayıt" matçının nəticəsi birincilər limiti pozuğu üçün ləğv olunub və gənclik şəhəri təmsilçisinə teхniki məğlubiyyət verilib. Bu səbəbdən də Bəxtiyar Həsənalızadənin avtoqolu ləğv edilib.

 

Qalan 15 avtoqol 9 komandanın passivindədi. Ən çoх AZAL-ın futbolçuları öz qapılarına qol vurublar. Belə ki, "təyyarəçilər" 4 dəfə belə topa üzülüb. "Bakı", "Neftçi" və "Qarabağ"ın oyunçuları 2 dəfə qapıları səhv salıb. "Simurq", "Qəbələ", "Xəzər Lənkəran", "Sumqayıt" və "İnter" bir dəfə avtoqola üzülüb.

 

Sportarena.az xəbər verirk ki, avtoqola sevinən komandaların sayı isə 6-dı. Ən çoх "Xəzər Lənkəran" və "Qarabağ" səhvən vurulan qolları bayram edib - 4 dəfə. "Qəbələ" 3, "Simurq" 2, "Neftçi" və "İnter" dəfə avtoqola sevinib.

 

15 avtoqol 14 futbolçunun passivinə yazılıb (nəticəsi ləğv olunan "Qarabağ" - "Sumqayıt" oyununda Bəхtiyar Həsənalızadənin avtoqolu hesaba alınmayıb). AZAL-dan Eltun Yaqublu iki dəfə topu öz qapısına göndərib. O, "Neftçi" və "Qarabağ"la oyunlarda qapıları səhv salıb.

 

II tur

Simurq - AZAL 2:0

Tural Nərimanov (AZAL) 

 

IV tur

Neftçi - Simurq 2:1

Karlos Kardoso (Neftçi) 

 

XI tur

Neftçi - AZAL 4:0

Eltun Yaqublu (AZAL)

 

Xəzər Lənkəran - Simurq 2:1

Benjamin Lambot (Simurq)

 

XII tur

AZAL - Qəbələ 3:3

Laşa Kasradze (AZAL)

 

XIII tur

Qarabağ - AZAL 2:1

Eltun Yaqublu (AZAL)

 

XV tur

Xəzər Lənkəran - Qəbələ 3:0

Ruslan Tağızadə (Qəbələ)

 

XVII

Xəzər Lənkəran - Qarabağ 2:3

Qara Qarayev (Qarabağ)

 

XVIII tur

Qarabağ - Sumqayıt 2:0

Vurğun Hüseynov (Sumqayıt)

 

XIX tur

Bakı - Qəbələ 0:2

Vüqar Bəybalayev (Bakı)

 

XX tur

Qarabağ - Bakı 4:1

Azad Kərimov (Bakı)

 

Xəzər Lənkəran - İnter 1:2

Fuad Bayramov (İnter)

 

XXIV tur

Qarabağ - Qəbələ 0:1

Namiq Ələsgərov (Qarabağ)

 

XXV tur

Neftçi - İnter 2:0

Məqsəd İsayev (Neftçi)

 

Qarabağ - Xəzər Lənkəran 1:0

Elvin Mirzəyev (Xəzər Lənkəran)

 


Digər xəbərlər

Xəbər xətti