"Xəzər Lənkəran"ın fəxri prezidenti 46 yaşını qeyd edir

17:23 22 Mart 2015

Bu gün “Palmali" şirkətlər qrupunun prezidenti,"Xəzər Lənkəran" futbol klubunun fəxri prezidenti Mübariz Mənsimov cənablarının 46 yaşı tamam olur.

 
Mənsimov Mübariz Qurban oğlu — Azərbaycan əsilli Türkiyə iş adamı, "Palmali" Şirkətlər Qrupunun sahibi, "Xəzər-Lənkəran" futbol klubunun fəxri prezidentidir.Ailəlidir 1 oğlu və 2 qızı var..

9 uşaqlı bir ailənin üzvü olan, 1968-ci il martın 22-də Bakı şəhərində anadan olmuş Mübariz Mənsimov əslən Masallı rayonunun Miyonku kəndindəndir. O, atasının istəyi ilə Bakıda hərbi məktəbə qəbul olunub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb.Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.
"Palmali" 129 gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. "Palmali"nin ən böyük müştərisi dünyaca məşhur olan "BP" şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.

Mənsimovu Azərbaycan futbolu üçün əlamətdar  edən isə, onun 2004-cü ildə “Xəzər Lənkəran” klubunu yaratmaqla Azərbaycan futbol çempionatında dirçəliş yaratması olmuşdur.



 


Digər xəbərlər

Xəbər xətti