Ruslan oynadı, "Hayduk" uduzdu

01:16 23 Mart 2015

Xorvatiya çempionatında 26-cı turun növbəti oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, millimizin hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə "Zaqreb"lə qarşılaşıb. Matç "Hayduk"un 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ruslan matçın 79-cu dəqiqəsindən mübarizəyə qoşulsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

 

Qeyd edək ki, Qurbanovun komandası hazırda 37 xalla 4-cü pillədə qərarlaşıb.

 

 

 


Digər xəbərlər

Xəbər xətti