Cüdoçumuz qızıl medal qazandı

18:10 23 Mart 2015

Elmar Qasımov Qran-prinin qızıl medalını qaldı.

 

Tbilisidə cüdo üzrə nüfuzlu Qran-prinin üçüncü yekun günündə Azərbaycan yığması daha bir qızıl medal qazanıb.
 
 

Sportarena.az xəbər verir ki, İrəvanda 2009-cu il Avropa çempionatının qalibi, 100 kq-dək çəki kateqoriyasında çıxış edən Elmar Qasımov qalib olub. 

O, növbə ilə Gürcüstan və Ukraynadan olan rəqiblərinə qalib gəlib, yarımfinalda komanda yoldaşı Elxan Məmmədovu məğlub edib, finalda isə Almaniyadan olan Dmitri Petersi geridə qoyub.
 
Xatırladaq ki, əvvəlki günlərdə Rüstəm Orucov (73 kq) qızıl, Tərlan Kərimov isə (66 kq) bürünc medal qazanmışdı.
 
Ümumi komanda hesabında Azərbaycan yığması Gürcüstan və Monqolustandan sonra 3-cü yeri tutub.

 


Xəbər xətti