“Real”ın futbolçularına yumruqlu hücum - VİDEO

12:13 24 Mart 2015

“Real”ın İspaniya La Liqasının 28-ci turunda “Barselona”yə 1:2 hesablı məğlubiyyəti azarkeşlərin narazılığına səbəb olub. 
 

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisinin üç azarkeşi klubun bazası önündə komandanın futbolçuları və baş məşqçi Karlo Ançelotti haqda təhqiramiz ifadələr səsləndiriblər. Daha sonra onlar klubun bazasını tərk edən "Real"ın oyunçularından Qaret Beyl, Xese Rodriqes və Serxio Ramosun avtomobilini yumruqlayıblar.

Artıq “Real” həmin azarkeşlər barədə ciddi tədbirlər gördüyü və onların klub üzvlüyünün ləğv edildiyi bildirilib. Bundan başqa, sözügedən üç azarkeşin “Santyaqo Bernabeu” stadionuna və klubun bazasına girişi qadağan olunub. Bununla da kifayətlənməyən “Real” həmin şəxsləri məhkəməyə verib.

 


Digər xəbərlər

Xəbər xətti