"Neftçi" növbəti qələbəsini qazandı

16:43 24 Mart 2015

15 yaşadək futbolçulardan ibarət “Neftçi” klubu baş məşqçi Adil Mahmudovun gəlişindən sonra ardıcıl qələbələri sıralamaqda davam edir.

 

Sportarena.az xəbər verir ki, səfərdə “Sumqayıt”lı həmyaşıdları ilə qarşılaşan “ağ-qaralar” Fərid Mahmudovun oyunun 59-cu dəqiqəsində vurduğu yeganə qol sayəsində rəqibini məğlub etməyi bacarıb.

 

“Sumqayıt” U-15 – “Neftçi” U-15 – 0:1

Qol: Fərid Mahmudov – 59


Xəbər xətti