"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi: "Çempionluğa daha yaxın "Qalatasaray"dır"

18:45 24 Mart 2015

Bir müddət "Xəzər Lənkəran"da fəaliyyət göstərən Mustafa Dənizli Türkiyə Super Liqasında favoritini açıqlayıb. 

 

Sportarena.az xəbər verir ki, Lig TV-də şərhçi kimi çalışan Dənizli "Qalatasaray"ın çempionluq yarışında öndə olduğunu deyib:

 

"3-4 həftə bundan əvvəl bir-neçə komanda çempionluq iddiasını davam etdirirdi. İndi çempionluğa daha yaxın "Qalatasaray"dır. Onlar bir addım öndədirlər".

 

Qeyd edək ki, 2013-cü ilin dekabrında "Xəzər Lənkəran"a baş məşqçi təyin olunan Mustafa Dənizlinin Azərbaycan karyerası bir neçə ay sonra başa çatıb.

 


Xəbər xətti