Türkiyə Superliqasında şok istefa

23:40 24 Mart 2015

Türkiyə Superliqasında çıxış edən “Kayseri Ərciyəsspor” klubunun baş məşqçisi Mehmət Özdilək postundan istefa verib.

 

Sportarena.az xəbər verir ki, ümumilikdə komandanı 9 oyuna çıxaran Özdilək, iki dəfə qalib gəlsə də, 7 dəfə məğlubiyyət yaşamışdı. Komandanın son 4 oyunda məğlub olması isə onun səbrini daşırdıb.

 

Qeyd edək ki, Kayseri təmsilçisi bu mövsüm daha əvvəl 2 məşqçi – Bülənt Qorxmaz və Uğur Tütünəkərlə də yollarını vaxtından əvvəl ayırmışdı.


Xəbər xətti