Məşqçi istefasına görə Türkiyə Superliqası Avropada birinci yerdədir

11:28 25 Mart 2015

İstefalar futbolun ayrılmaz bir hissəsidir. Demək olar ki, hər gün bir baş məşqçi istefaya göndərilir.

 

Sportarena.az xəbər verir ki, hazırda Avropa liqaları arasında ən çox məşqçi istefası Türkiyə Spor Toto Super liqasında olub. Turnirin 24 turundan sonra 12 komandada dəyişiklik baş verib. Bu da hər iki tura bir baş məşqçi deməkdir. Liqada yalnız 6 komandanın baş məşqçisi mövsümün əvvəlindən çalışır. Bu baxımdan Türkiyə Avropanın 5 aparıcı futbol ölkəsini qabaqlayır.

Ən az istefa isə Fransa “Ligue-1”də olub. Burada yalnız bir mütəxəssis işindən kənarlaşdırılıb.

 


Digər xəbərlər

Xəbər xətti