"Fənərbağça" fanatları irqçilikdə günahlandırıldı

11:40 25 Mart 2015

“Beşiktaş”la derbi matçında diqqət mərkəzinə düşən “Fənərbağça”lı hücumçu Emanuel Emenikeyə ölkəsindən dəstək gəlib.

 

Sportarena.az xəbər verir ki, Nigeriya Futbol Federasiyası “Fənərbağça”lı azarkeşlərin Emenikeyə qarşı hərəkətlərini irqçi və rusvayçı hərəkət adlandırıb.

Federasiyanın prezidenti Amaju Pinnik NFF rəsmi saytına etdiyi açıqlamada, “Milli komandamızın futbolçusu Emenikeyə “Fənərbağça”lı azarekşlərin etdiyi irqçi və rusvayçı hərəkəti qınayırıq. Klubun rəhbərliyi bu təxribatın kimlər tərəfindən və hansı məqsədlə edildiyini araşdırmalıdır”. – deyib.

 

Yerli azarkeşlərin öz oyunçularına qarşı belə davranmasını qəribə hal kimi qiymətləndirən Pinnik Türkiyə Futbol Federasiyası ilə əlaqə quraraq məsələnin əsl mahiyyətini üzə çıxatmağa çalışacaqlarını vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti