Zoran Qayiç: "Rəqibin hücumlarının qarşısını ala bilmədik"

12:14 25 Mart 2015

“Bu gün maraqlı oyun oldu”.

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Rabitə”nin baş məşqçisi Zoran Qayiç deyib.

 

Təcrübəli mütəxəssis ötən gün qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Krasnodar "Dinamo"sunu ilə görüşdə 1:3 hesabı ilə məğlub olmalarına şərh verib: “Dinamo” çox güclü komandadı. Onlar həmişə yüksək səviyyəli voleybol oynamağı bacarırlar. Bu görüşün ən vacib anlarında rəqib yaxşı oyun nümayiş etdirdi. Buna görə də biz ilk setdə məğlub olduq. Bu gün ona görə uduzduq ki, ən yaxşı üsulla rəqibin hücumlarının qarşısını ala bilmədik. Üçüncü setdə şans qazandıq. Lakin bunu bacarmadıq. Bu, qadın voleyboludu, burada hər şey olur”.

 


Digər xəbərlər

Xəbər xətti