"Norveç, Azərbaycan və İtaliya yığmalarından birini seçmək imkanım olsaydı..."

12:29 25 Mart 2015

"İtaliya güclü rəqibdir və bu yığma dünyanın 10 ən yaxşı komandası sırasında yer alır. Onlarla görüşdə yaxşı nəticə qazanmağa çalışacağıq və əminəm ki, bunu bacaracağıq".

 

 

Sportarena.az xəbər veirir ki, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları İtaliya ilə oyunöncəsi deyib.

 

Bolqarıstan mətbuatına danışan təcrübəli mütəxəssis debüt matçının İtaliyaya qarşı keçirəcəyindən məmnun olduğunu bildirib: "İtaliya ilə oyunda uğur qazanmaq istəyiriksə, çevik olmalıyıq. 90 dəqiqə ərzində nəzarəti əldən verməməliyik. Çünki bu komanda səhvləri bağışlamır. Əgər bu oyunda yaxşı nəticə qazansaq, azarkeşlərimiz yenidən stadionlara gələcək. Mən də stadionda daha çox azarkeşin olmasını istəyirəm.

 

Şadam ki, millidə debüt oyunum məhz İtaliyaya qarşı olacaq. Əgər debüt oyunum üçün Norveç, Azərbaycan və İtaliya yığmalarından birini seçmək imkanım olsaydı, İtaliya millisini seçərdim. Bu komandanın reklama ehtiyacı yoxdur. Onlara qarşı oyunda özümüzü ən yaxşı tərəfdən göstərmək çox önəmlidir". 



Qeyd edək ki, Bolqarıstan - İtaliya oyunu martın 28-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

 


Digər xəbərlər

Xəbər xətti