Millimizin futbolçusu əməliyyat olundu

12:50 25 Mart 2015

17 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Yusif Cəfərov əməliyyat olunub.

 

 

Sportarena.az xəbər verir ki, "Bakı"nın gənc üzvü U-17-nin heyətində Avropa çempionatının Bakıda keçirilən elit mərhələsinin oyunu zamanı ağır zədə alıb. Xorvatiya ilə ilk oyunda 90 dəqiqə oynayan futbolçunun Portuqaliya ilə ikinci oyunun əvvəlində sağ ayağının topuğu sınıb və 17-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, Cəfərovun hansı müddətə yaşıl meydanlardan uzaq qalacağı məlum deyil.

 

 


Digər xəbərlər

Xəbər xətti