Çeçenistan prezidenti taekvando uğur qazandı

14:25 25 Mart 2015

Çeçenistanın rəhbəri Ramzan Kadırov idman sahəsində daha bir uğur qazanıb. 
 

 

Sportarena.az xəbər verir ki, bu barədə Kadırov öz İnstagram səhifəsində xəbər paylaşıb. O, Avropa taekvando federasiyasının altıncı dan dərəcəsinə layiq görülüb. 

Diplom və müvafiq atributu ona Rusiya taekvando federasiyasının prezidenti Anatoli Terexov və Avropa taekvando federasiyasının rəhbəri Sakis Praqalos təqdim edib. Təqdimetmə mərasimi Moskvada, "Olimpiyski" idman kompleksində baş tutub. 

Kadırov taekvando üzrə Avropa çempionatının Çeçenistanda keçiriləcəyini də elan edib. 

"Bu barədə Terexov və Praqalos deyib. Onların sözlərinə görə, Çeçenistanda bunun üçün yaxşı şərait və beynəlxalq yarışların keçirilməsi sahəsində böyük təcrübə var".

 


Digər xəbərlər

Xəbər xətti