Prosineçki futbolçularımızın Gürcüstan - Malta matçına baxmasına mane olacaq

15:10 25 Mart 2015

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Maltanın Gürcüstana qarşı bu gün keçirəcəyi oyuna futbolçularımızın baxmasını istəmir.

 

Sportarena.az  xəbər verir ki, xorvatiyalı mütəxəssis maltalıların bu görüşdə qəsdən fərqli oynayıb, martın 28-də Bakıda başqa cür çıxış edəcəyindən ehtiyatlanır.

Bu üzdən də o, oyunçular üçün bu matçın yayımını təşkil etməyəcək. Prosineçki sadacə, qarşıdakı günlərdə bu matçın bəzi epizodlarını komandamızın üzvlərinə göstərməyi planlaşdırır.

 


Xəbər xətti