Rusiyanın qalmaqallı siyasətçisi "Neftçi"dən danışdı: "Çox istəyərdim ki, “Neftçi” komandası..."

15:20 25 Mart 2015

Rusiya Liberal-Demokrat Partiyasının prezidenti Vladimir Jirinovski “Neftçi“ni xatırlayıb.

 

 

Sportarena.az xəbər verir ki, qonşu ölkənin ən qalmaqallı siyasətçisi sovet dönəmi və Azərbaycanla bağlı maraqlı fraza işlədib. Jirinovski virtual.org-a eksklüziv müsahibəsində deyib:

 

“Yaxşı haldı ki, bizim ünsiyyət vasitəmiz var. Əgər sizin Azərbaycandan gəldiyinizi bilməsəydim, düşünərdim ki, moskvalısız. Desəydiz ki moskvalısız, buna inanardım. Bizdə tutaq ki, Amerikada olduğu kimi milli ayrı-seçkilik yoxdu. Orda afroamerikalılara qarşı əsl irqi diskriminasiya siyasəti yürüdülür.

 

Bizdə isə sizin üzünüzə yalnız gülümsəyirlər. Çox istəyərdim ki, “Neftçi” komandası yenə də meydana çıxsın. Rəşid Behbudov, Polad Bülbüloğlu, Müslüm Maqomayev kimi yeni əfsanələrin meydana çıxması lazımdı. Axı biz onların gözəl ifalarını rus dilində də dinləmişik“.

 


Xəbər xətti