"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi: "Azərbaycanda yeni futbolçular üzə çıxarılmalıdır"

15:31 25 Mart 2015

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətin Azərbaycan futbolu haqda fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, Türkiyə mətbuatına danışan təcrübəli mütəxəssis ölkəmizdə işləməkdən məmnun olduğunu söyləyib.

O.Çətin qeyd edib ki, Azərbaycanda futbolun inkişafı üçün aşağı yaş qrupu üzrə komandaların inkişafına diqqət yetirmək lazımdır:

"Bununla bağlı ciddi işlər görülməlidir. Çünki Azərbaycanda yeni futbolçular üzə çıxarılmalıdır. Bir sözlə, oradakı problemlər də Türkiyədəki kimidir. Yeni nəsilin yetişməsi üçün isə aşağı yaş qrupu komandaların inkişafı istiqamətində işlər görülməlidir".

Xatırladaq ki, O.Çətin ötən ilin iyunundan dekabr ayına kimi "Xəzər Lənkəran"ı çalışdırıb.

 


Digər xəbərlər

Xəbər xətti