"Xəzər Lənkəran" və "Qarabağ" fanatlarını "El Klassiko" azarkeşlərindən fəal saydılar: "Qəribə səslənsə də..."

17:46 25 Mart 2015

Daha öncə xəbər verdiiyimiz kimi Peşəkar Futbol Liqasının nümayəndələri İspaniyada Avropa Futbol Liqaları Asossasiyasının baş assembliyası toplantısını çərçivəsində “Barselona” və “Real Madrid” arasındakı oyunu izləyib.

 

PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev oyun barədə fikirlərini sportarena.az saytına çaıqlayıb.

“Maraqlı oyun oldu. Deyə bilərəm ki, bizim Premyer Liqanın oyunları ilə bu oyun müqayisə oluna bilməz. Amma, azarkeşlərdən narazı qaldım. Deyərdim ki, “Qarabağ”ın Avropa Liqasındakı oyununa gələn azarkeşlər daha fəal idi, nəinki “El-klassiko”dakı fanatlar”. – deyə Şahgəldiyev bildirib.

 

Şahgəldiyev həmçinin “Xəzər Lənkəran” klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlunun Lənkəran azarkeşlərini “El Klassiko” azarkeşlərindən daha fəal saymasına haqq qazandıraraq, “Hüseyin bəyin fikirlərini feysbukda gördüm. Qəribə səslənsə də, o haqldır. “Xəzər Lənkəran”ın oyunlarındakı fəallıq “El Klassiko”dakı azarkeş fəallığından daha çoxdur. Bu da orada izləyicilərin əksəriyyətinin turist olması ilə əlaqədardır. Həmçinin, siyasi məsələlər oyunda tam ajotaj yaranmasının qarşısını alır”. – deyib.

 

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti