Kamran Ağayev Prosineçkinin fikrini təkzib etdi: "Həmin qələbə keçmişdə qalıb"

17:56 25 Mart 2015

“Malta ilə oyun öncəsi hər şey qaydasındadı. Matça ciddi hazırlaşırıq. Qələbə qazanmaq istəyirik. Çünki seçmə mərhələdə xalımız yoxdu. Buna görə də, 3 xal bizim üçün vacibdi”.

 

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri milli komandanın və Türkiyənin “Kayserispor” klubunun qapıçısı Kamran Ağayev deyib.

 

Yığmanın bu gün keçirilən məşqindən sonra jurnalistlərin suallarını cavablandıran təcrübəli qolkiper Səlahət Ağayevin səhhəti ilə əlaqədar millidən kənarlaşdırılmasına toxunub: “Səlahətə şəfa arzulayıram. Belə olmasını istəməzdim. Malta ilə matçda kimin oynayacağı bilinmir. Çünki baş məşqçi heyəti hələ açıqlamayıb. Hər 3 qapıçı hazırdı. Kimə şans verilsə, canla-başla meydana çıxacaq”.

 

Ağayev söhbət əsnasında millimizin Maltadan güclü olduğunu qeyd edib: “Biz onlardan güclüyük. Buna görə də, 3 xal qazanmalıyıq. Azarkeşlərimiz də bizdən qələbə gözləyirlər. Hazırlığımız da buna yönəlib. Robert Prosineçkinin “Maltaya yenə 3:0 hesabı ilə qalib gəlməliyik” sözlərinə gəlincə, bu, baş məşqçinin fikridi. Həmin qələbə keçmişdə qalıb. Keçmiş isə dünən idi. Biz bu gün haqda düşünməliyik. Bəli, biz Maltadan yaxşı komandayıq. Ancaq bunu meydanda sübuta yetirməliyik”.

 

Kamran Malta ilə matçda meydana çıxmağa tam hazır olduğunu vurğulayıb: “Zədəm, ağrım yoxdu. Özümü yaxşı hiss edirəm. Oyuna tam hazıram. Amma kimin meydana çıxacağına baş məşqçi qərar verəcək”.

 

 


Digər xəbərlər

Xəbər xətti