Kamran Ağayevli "Kayserispor"dan möhtəşəm rekord

18:09 25 Mart 2015

Türkiyə PTT 1-ci liqasında mübarizə aparan "Kayserispor" klubu 25 turdan sonra 53 xal yığmaqla son 4 mövsümün rekordunu qırıb.

 

 

 

Sportarena.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" son turda "Dənizlispor"u 3:1 hesabı ilə məğlub edərək  bu rekorda imza atıb.

 

Qeyd edək ki, mövsümün bitməsinə 9 tur qalmış Kayseri təmsilçisi turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Adana Dəmirspor"dan 5 xal irəlidədir.

 

 


Digər xəbərlər

Xəbər xətti