Millimiz sabah Fransa ilə qarşılaşacaq

18:16 25 Mart 2015

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda iştirak edəcək Azərbaycan yığması sabah ilk sınağına çıxacaq.

 

 

Sportarena.az xəbər verir ki, Fransada mübarizə aparacaq millimiz ilk görüşünü meydan sahiblərinə qarşı keçirəcək. Qrupun digər matçında isə İngiltərə və Danimarka yığmaları üz-üzə gələcəklər.

 

 Nikolay Adamın yetirmələri martın 28-də keçiriləcək ikinci oyunda İngiltərə ilə qarşılaşacaqlar. Komandamız sonuncu matçını isə ayın 31-də Danimarkadan olan həmyaşıdlarına qarşı keçirəcək.

 

Qrup birinciləri adlarını Avropa çempionatının final mərhələsinə yazdıracaqlar.

 

Qeyd edək ki, AÇ-2015-in final mərhələsi 6-19 iyul aralığında Yunanıstanda keçiriləcək.

 

26 mart

 

21:00. İngiltərə - Danimarka

Hakimlər: Marko Quida, Andrea Krispo (hər ikisi İtaliya), Stefan Luzi, Benoi Millo (hər ikisi Fransa)

Bayo. “Anri Jane” stadionu.

 

22:30. Fransa – Azərbaycan

Hakimlər: Nikola Dabanoviç, Corcjije Raznatoviç (hər ikisi Çernoqoriya), Vital Yobin, Andrien Yakkottet (hər ikisi İsveçrə)

Sent-Lo. "Luis Villemer" stadionu

 

28 mart

 

20:00. Danimarka – Fransa

Hakimlər: Nikola Dabanoviç, Corcjije Raznatoviç (hər ikisi Çernoqoriya), Andrea Krispo, Marko Quida (hər ikisi İtaliya)

Flers. “Stad de Haz” stadionu

 

21:30. İngiltərə – Azərbaycan  

Hakimlər: Adrien Yakkottet, Vital Yobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benoi Millo (hər ikisi Fransa)

Bayo. "Anri Jane" stadionu

 

31 mart

 

22:00. Azərbaycan – Danimarka

Hakimlər: Adrien Yakkottet, Vital Yobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benoi Millo (hər ikisi Fransa)

Flers. "Stad de Haz" stadionu

 

22:00 Fransa – İngiltərə

Hakimlər: Marko Quida, Andrea Krispo (hər ikisi İtaliya), Corcjije Raznatoviç, Nikola Dabanoviç (hər ikisi Çernoqoriya)

Sent-Lo. "Luis Villemer" stadionu

 

Qeyd: Oyunların saatı Bakı vaxtı ilə göstərilib.

 


Digər xəbərlər

Xəbər xətti