Gürcü futbolçu Sxadadzeni "yıxıb-sürüdü": "Sxaxadze kimi insanın..."

18:34 25 Mart 2015

Gürcüstanlı yarımmüdafiəçi Goergi Merebaşvili yığmanın baş məşqçisi Kaxaber Sxadadzedən inciyərək, onun idarə etdiyi komandada oynamaqdan imtina edib. 
 

 

Sportarena.az xəbər verir ki, milliyə dəvət almayan Merebaşvili Sxadadzeni sərt şəkildə tənqid edib: "Milliyə dəvət olunmağa layiq idim, amma baş məşqçi başqa cür qərar verdi. Mənim lazım olmadığımı düşünür. Həm mənim, həm də digər gürcü futbolçular üçün millidə oynamaq ilk pillədədi. Hesab edirəm ki, bu, bizlər üçün təhqirdi. Sxaxadze kimi insanın rəhbərliyi altında oynamağı təsəvvür edə bilmirik". 

Qeyd edək ki, Gürcüstan millisi Kaxaber Sxadadzenin başçılığı altında ilk oyununu yoxlama görüşü çərçivəsində Maltaya qarşı keçirəcək. Bundan 3 gün sonra isə Gürcüstan seçməsi AÇ-2016-nın qrup mərhələsində Almaniya ilə qarşılaşacaq. Onu da əlavə edək ki, Sxadadze hazırda Bakı "İnter"i ilə yanaşı, həm də ölkəsinin millisini çalışdırır.

 


Digər xəbərlər

Xəbər xətti