İbrahimoviç "od püskürdü": "Məni alçaltmağa çalışırlar"

22:40 25 Mart 2015

PSJ-nin isveçli ulduz futbolçusu Zlatan İbrahimoviç son vaxtlar mətbuatda haqqında yazılan fikirlərə cavab verib.

 

Sportarena.az xəbər verir ki, İsveç millisinin məşqindən sonra futbolçu jurnalistlərə etdiyi açıqlamada bir-çox maraqlı məqamlara toxunub.

“Mediada bayağı söhbətlər yazılır. Məni alçaltmağa çalışırlar. Məni nə oradakı, nə də burdakı jurnalistlər alçalda bilməz. Karyeramın zirvəsindəyəm və bu zirvədə qalmaqda davam edəcəm. PSJ tərəfdarları mənim yanımdadır. Özümə güvənirəm. Atdığım üç qolla da bunu sübut etdim”.

 

Qeyd edək ki, İbrahimoviç martın 15-də PSJ-nin “Bordeauksa”ya məğlub olduğu matçdan sonra, “15 illik karyeramda belə hakimlik görmədim. Belə bir ölkə PSJ kimi kluba layiq deyil” demişdi.


Digər xəbərlər

Xəbər xətti